İtaliyadakı parlament seçkilərində səslərin 98%-i sayılıb

5 Mart 2018 17:12 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, seçki bülletenlərinin artıq 98 faizi hesablanıb.

Parlamentin alt palatasına keçirilən seçkilərdə, sağ mərkəzçi partiyaların koalisiyası 37% səs toplayıb. Yuxarı palatada isə koalisiya səslərin 37,5%-ni qazanıb.

İkinci yerdə isə “Beş Ulduz” hərəkatı qərarlaşıb - 32,5% və 32,1%.

Daha sonrakı yeri isə Demokratik Partiya tutub. Partiya yuxarı və aşağı palatalarda müvafiq olaraq 22,9% və 23% səs qazanıb.