Nizami rayon İcra Hakimiyyətinin başçısı şikayətləri dinlədi - Foto

5 Mart 2018 19:30 (UTC+04:00)

AzNews.az Qafqazinfo-a istinadən xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Sakinlər məhəllənin işıqlandırılması, binaların dam örtüklərinin və girişlərinin təmir olunması, həyətdəki su kranlarının bərpası və digər sosial problemlərlə bağlı Arif Qasımova müraciət ediblər.

Vətəndaşlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb.