Azərbaycan Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında liderdir

5 Mart 2018 20:15 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri İrakli Çoqovadze deyib.

Onun sözlərinə görə, fevral ayında, ümumilikdə, Gürcüstana 440 mindən çox xarici ölkə vətəndaşı gəlib: "Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 72 800 nəfər çoxdur. Fevral ayında Gürcüstana səfər edən xaricilər sırasında Ermənistan vətəndaşları ikinci (102,7 min nəfər), Türkiyə vətəndaşları isə üçüncü yerdədir (92 min nəfər). Ermənistandan gələnlərin sayı 2017-ci ilin fevral ayı ilə müqayisədə 27 faiz, Türkiyə vətəndaşlarının sayı isə 29 faiz artıb. Siyahıda dördüncü yerdə 70 min nəfərlə Rusiya vətəndaşları dayanır".

İ.Çoqovadze bildirib ki, bu il Gürcüstana 8 milyondan çox turist gələcək.

Qeyd edək ki, 2017-ci ildə Gürcüstana 7 milyon 554 min 936 nəfər turist gəlib.