Omandan Azərbaycana birbaşa reyslər olacaq

5 Mart 2018 21:40 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, daşıyıcı fevralın 28-dən İranın Şiraz şəhərinə reys istifadəyə verib, gələcəkdə isə Azərbaycan,Gürcüstan, Banqladeş və digər ölkələr istiqamətində uçuş coğrafiyasını genişləndirməyi planlaşdırır.

“SalamAir” İranın Tehran və Məşhəd şəhərlərinə də yeni reyslər açmağı nəzərdə tutur.

Qeyd edək ki, 2016-cı ildə yaradılan aviaşirkət hazırda 9 istiqamətdə reyslər həyata keçirir. Donanması “Airbus A320-200” təyyarələrindən ibarətdir.