"Oskar"dan anti-rekord

5 Mart 2018 21:55 (UTC+04:00)

AzNews.az Novosti.az-a istinadən xəbər verir ki, "Oskar"ın bu ilki reytinqi 2017-ci illə müqayisədə 16 % aşağı düşüb.

2017-ci ildə kinoda əsas nominasiyaların verilməsi mərasimi ümumilikdə cəmi 32,9 milyon tamaşaçı cəlb etdə bilib. Bu isə 2008-ci ildən sonra ikinci ən aşağı nəticə idi - onda ümumi say 31,8 milyon nəfər təşkil edirdi.

Son illər ərzində ən baxımlısı isə "Oskar-2014" mərasimi idi. Onda əsas mükafat üçün "Qravitasiya" "12 il köləlikdə" kimi məşhur filmlər mübarizə aparırdı. Ondan sonra mərasimin reytinqləri kəskin düşməyə (yıxılmağa) başladı. Həmçinin bu ilki mərasim də bu neqativ trendi davam etdirdi.

Arzu edilməyən bu nəticələrə iki şey təsir edə bildi. Birincisi, intriqanın yoxluğu, ikincisi, mərasimin ikinci il ardıcıl olaraq eyni aparıcının Cimmi Kimmelin aparması idi. Hətta "Dyunkerk" və "Get Out" kimi məşhur filmlərin əsas nominasiyalarda iştirakı da vəziyyəti xilas edə bilmədi.