Qəbələdə yanğın baş verib

5 Mart 2018 22:21 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ rayonu, Həmzəlli kəndində ümumi sahəsi 84 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 24 m2 sahədə və çardağa yığılmış 300 kq ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.