Fransa Afrikaya aid tarixi əsərləri geri qaytaracaq

6 Mart 2018 11:19 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Makron Yelisey sarayında Benin prezidenti Patris Talon ilə görüşdə Afrikaya aid əsərlərin geri qaytarılmasının vacibliyindən bəhs edib. Belə ki, Makron müstəmləkə dövründə tarixi əsərlərin zərər görməməsi üçün Fransaya gətirildiyini bildirib. Benin prezidenti də onlara aid çox sayda əsərin Fransada olduğunu deyib və onları geri istəyib. Fransa prezidenti isə köməkçilərinə bu əsərlərin hansı şərtlərlə qaytrıla bilməsini aydınlaşdırmağı tapşırıb.

Fransada təkcə Beninə aid 6 minə yaxın tarixi əsər var.

Qeyd edək ki, Fransa vaxtı ilə Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz müstəmləkəsinə çevirmişdi. Bu ölkələr 300 ildən çox müddətdə Fransanın istismarına məruz qalıb.