“"8 mart"la bağlı pul tələb olunması yolverilməzdir”

6 Mart 2018 10:38 (UTC+04:00)

Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəblərdə şağirdlərdən pul yığılması barədə açıqlama verən nazirlik qeyd edib ki, əgər belə fakt olsa, valideynlərin Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt" xidmətinə müraciət edilməsi (anonim olmadan) tövsiyə olunur.

AzNews.az