81 yaşlı kişi 13 yaşlı qıza təcavüz etdi - Bakıda şok

6 Mart 2018 12:24 (UTC+04:00)

Hadisə ona görə ağlasığmazdır ki, təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hadisə martın 5-i saat 16:00 radələrində, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroy detal küçəsində yerləşən 52 saylı evin qarşısında baş verib.

Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü K.H. 2005-ci il təvəllüdlü N.M.-ya qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüz faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlayıb. Faktla bağlı Binəqədi rayon prokurorluğu araşdırma aparır.