İraqlı alim iranlı həmkarlarını tənqid etdi

6 Mart 2018 12:37 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, iraqlı alim İranın din xadimlərinin dövlətin işinə çox qarışmasını tənqid edib. Eyni zamanda Ayətullah Fəyyaz bildirib ki, din xadimlərinin dövlətlə çox yaxın münasibətləri onların sərbəstliyini əllərindən ala bilər. İraqlı alim daha sonra İraqda da dövlətin din xadimlərinə yardım etmək istədiyini, lakin alimlərin buna razı olmadıqlarını açıqlayıb.

Sonda Ayətullah Fəyyaz dövlətdən alınan yardımın din xadimlərinin xeyrinə olmadığını, onları asılı hala saldığını vurğulayıb və İranın dini mərkəzi sayılan Qum şəhərindəki alimlərin bu məsələ ilə bağlı müəyyən işlər görməli olduğunun vacibliyini bildirib.