17 yaşlı nişanlı qız özünü Kür çayına atdı - Yenilənib

6 Mart 2018 16:10 (UTC+04:00)

"Report"un Qərb bürosunun verdiyi xəbərə görə, Yevlax şəhər sakini, 2001-ci il təvəllüdlü B.Abdullayeva intihar etmək məqsədi ilə özünü Kür çayına atıb. Əldə olunan məlumata görə, B.Abdullayeva nişanlı olub və ailə qurmaq istəməsi səbəbindən valideynləri ilə mübahisə edib. Bundan sonra o, Kür çayının Yevlax şəhərindən keçən hissəsindəki körpüdən özünü çaya ataraq intihara cəhd edib.

B.Abdullayeva ərazidə xidmət aparan Mühafizə Polisinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

***

13:11

Yevlaxda qadın intihara cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, martın 5-də saat 6 radələrində Yevlax şəhəri ərazisindəki körpüdən bir qadın özünü Kür çayına atıb.

Dərhal qadın həmin ərazidə xidmət aparan Yevlax Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən xilas edilib və RPŞ-yə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.