Gəmi təmiri zavoduna kimlər basqın etdi?

9 Mart 2013 13:08 (UTC+04:00)
Ötən gecə "Baku Steel Company" MMC-nin nümayəndələri keçmiş "Gəmi Təmiri" ASC-nin ərazisini zəbt etməyə cəhd göstəriblər.

Obyekti mühafizə edən Dövlət Əmlak Komitəsinin mühafizə xidməti poladtökmə şirkətinin təhlükəsizlik xidmətini sıxışdıraraq bu cəhdin qarşısını alıb. Lakin səhərdən qarşıdurma yenidən yaranıb. "Gəmi Təmiri"nin mühafizə xidməti darvazanı bağlayaraq kənar şəxsləri əraziyə buraxmayıb, lakin günortaya yaxın "müdafiə dayanıb". Darvazanın arxasında nələrin baş verdiyi məlum deyil.

Turan-ın münaqişənin səbəblərini araşdırmaq cəhdləri baş tutmayıb. Poladtökmə zavodunun mətbuat xidmətinin telefonları cavab verməyib, Dövlət Əmlak Məsələləri Komitəsinin mətbuat xidmətindən isə bildirilib ki, obyekt özəl şəxsə məxsusdur.

Lakin məlumatlı mənbə bildirib ki, mübahisənin həlli Prezident Administrasiyasında davam edir.

Hələ 2011-ci il oktyabrın 11-də Turan məlumat vermişdi ki, Dövlət Əmlak Məsələləri Komitəsi gizli olaraq "Gəmi Təmiri" ASC-nin səhmlərinin 99,16%-ni naməlum şəxsə satıb. Həmin gün Milli Depozitar Mərkəzi səhmlərin aksiyası üzrə müqavilənin imzalandığını və səhmdarların reyestrinin aparıldığını elan edib.

O zaman DƏMK-nın mətbuat katibi Qulu Xəlilov baş verənləri şərh edə bilməmişdi. O həmçinin yeni mülkiyyətçilər və onların investisiya hüquqları barədə məlumata malik deyildi. Qeyd edək ki, "Gəmi Təmiri" ASC-nin səhmlərinin 69,16%-i ilk dəfə investorlara 2008-ci ilin martında təklif edilib. Lakin naməlum səbəblərdən bu müəssisə ixtisaslaşdırılmış çek hərracından çıxarılıb.

"Gəmi Təmiri" ASC 2001-ci ildə ləğv edilmiş "Azərbalıq" konserninin gəmi təmiri zavodunun bazasında yaradılıb. Müəssisə 1952-ci ildə təsis edilib və Zıx qəsəbəsində 3 ha ərazini əhatə edir.

Məxsusluğu gizli saxlanılan "Baku Sleel Company" MMC son vaxtlar Azərbaycanın metal bazarında aqressiv siyasət həyata keçirir. Müəssisə 1998-ci ildə özəlləşdirilmiş

"Bakelektroqaynaq" ASC-nin bazasında yaradılıb. Şirkət həmçinin "Baku Oxygen Company"i "Azertekrarqarametal" ASC-lərə nəzarət edir. Ötən il BSC tərəfindən Sumqayıtda yerləşən "Azerboru" ASC-nin bir neçə kiçik və orta metallurgiyasına reyder zəbti faktları qeydə alınıb.

2008-ci ildə dövlət başçısı tərəfindən təsdiqlənmiş idarəçiliyə verilmə hüququ dövlətin payının verilməsi qaydalarını nəzərdə tutub və idarəetmədə dövlət müıssiələsi Dövlət Əmlak Məsələləri Komitəsinə məxsusdur. Lakin komitə "Azərboru" ASC-nin BSC-nin idarəçiliyinə verilməsi ilə bağlı sonuncu ilə müqavilənin bağlandığını elan etməyib. Bundan əlavə, ötən ilin sonlarında komitə bu müəssisənin özəlləşdirilməsi üzrə maliyyə məsləhətçisinin cəlb olunması üçün tenderin keçirildiyini elan edib. Tender yanvarda olmalı idi, lakin komitə onun nəticələri barədə açıqlama verməyib. Komitənin mətbuat xidmətinin rəhbəri Q.Xəlilov baş verənləri Turan-a şərh edə bilməyib.

AzNews.az