Avtomobillər toqquşdu - Xəsarət alanlar var

6 Mart 2018 15:06 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Daş Salahlı kəndində iki “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə xəsarət alan 3 nəfər Qazax Diaqnostika mərkəzinə çatdırılıb. Onlardan iki nəfərinə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Bir nəfər, 1980-ci il təvəllüdlü Vəliyev Ceyhun Mikayıl oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az