AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, dövlət bu qaçqınların qida ilə təmin edilməsini öz öhdəsinə götürmüşdü. Lakin 350 nəfər üçün hazırlanan və pendir, çörək, isti içkidən ibarət olan yeməkləri almağa cəmi iki nəfər gəlib.
Digər qaçqınların nəzarətə götürülmə və ya kimliklərinin qeydiyyata alınacağı qorxusu ilə yemək almaq üçün gəlmədikləri bildirilib.