Ferüqson hələ də şokdadır

9 Mart 2013 13:35 (UTC+04:00)


Çüneyt Çakırın qırmızı vərəqə qərarı ilə meydanda 10 nəfər qalan və Real Madirdə "Old Trafford"-da məğlub olan Mançester Yunayteddə baş məşqçi Aleks Ferüqson, Naninin oyundan qovulmasının şokundan ayılmadığını deyib.

AzNews.az xəbər verir ki, Qırmızı Şeytanlar oyunun 2-ci hissəsində vurduqları qolla Real Madird qarşısında önə keçmiş, ancaq 56-cı dəqiqədə oyundan qovulan Nani komandasını yarı yolda qoymuş və ardından Real Madrid 10 nəfər qalan rəqibini 2-1 hesabı ilə məğlub etmiş və turu keçmişdi.

"Qırmızı vərəqəyə inanmaq çox çətindir. Düşünürəm ki, hamımız bu vərəqənin nə qədər səhv olduğunu bilirik. Oyunu təkrar izlədim və yenə vərəqə qərarına şok oldum. Oyunçular da oyun içində bu qərara şok oldular və oyunun bir hissəsində özlərini itirdilər. Ancaq son 15 dəqiqədə özlərinə gəldilər" - Ferüqson belə deyib.

Fərid
AzNews.az