Qəbələdə məktəb yandı

6 Mart 2018 19:03 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən tərəfindən məlumat verilib. Hadisə rayonun Laza kəndində baş verib.

Ümumi sahəsi 1300 kv.m olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 kv.m sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb.​

Hadisə zamanı xəsarət alan olmayıb.