“ASAN Həyat” kompleksinin tikintisinə 19,9 milyon manat ayrıldı

6 Mart 2018 19:37 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.2-ci yarımbəndində göstərilmiş məbləğin 19,9 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.