Göyçayla Meksika şəhəri qardaşlaşa bilər

6 Mart 2018 19:58 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat verib

Səfər regionlararası əlaqələri inkişaf etdirmək məqsədi ilə təşkil olunub.

Səfər zamanı Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə görüşən səfirə rayonun kənd təsərrüfatı potensialı və iqlim xüsusiyyətləri haqqında məlumat verilib.

Görüşdə ölkəsinin kənd təsərrüfatından danışan R.Labardini bildirib ki, səfirlik regionlarası əlaqələrin gücləndirilməsini vacib və zəruri hesab edir: "Məhz bunun üçün diplomatik missiyanın tədbirləri yalnız paytaxtda deyil, ölkənin digər rayon və şəhərlərində də həyata keçirilir".

Tərəflər ikitərəfli əməkdaşlığın yeni sahələrini kəşf edə bilmək üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar.

Bundan əlavə, görüşdə Göyçay şəhəri ilə Meksikanın hər hansı bir şəhəri arasında mümkün qardaşlaşmanın vacibliyi qeyd olunub.

Daha sonra səfir rayonda süd və nar şirəsi istehsal edən zavodlarla tanış olub.