“Dar ağacından asılsın”- VİDEO

9 Mart 2013 13:41 (UTC+04:00)



Yürüş edən etirazçılar müxtəlif şüarlar səsləndirərək, hökümətdən qadınların təhlükəsizliyinin təminatını və bu istiqamətdə daha çox səy göstərməsini tələb edib.

Qeyd edək ki, xeyli sayda qadın haqqları fəalları paytaxt Dehlinin başqa ərazisində "Qadınları zorlayanlar dar ağacından asılsın" şüarı ilə etiraz aksiyası təşkil edib.

Xatırladaq ki, Hindistanda qadın zorakılığına qarşı etiraz dalğası, dekabrda bir tələbənin ictimai nəqliyyatda bir qrup kişi tərəfindən zorlanması və həmin tələbənin bir müddət sonra xəstəxanada vəfat etməsindən sonra baş qaldırıb.

Amansız cinayəti törətməkdə şübhəli bilinən 5 nəfərə ittiham irəli sürülüb və hakimin ittihamı təmin edəcəyi təqdirdə, həmin şəxsləri ölüm cəzası gözləyir.




AzNews.az