Daha iki körpə dəm qazından boğuldu - Foto

6 Mart 2018 21:18 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlı uşaqlar- Dinarə Qüdrətova və Binyamin Qüdrətov qazdan boğularaq vəfat ediblər.

Hadisə Bakı şəhərində baş verib. Məlumata görə, evə gələn ata İmran Qüdrətov həyat yoldaşı ilə uşaqlarını halsız vəziyyətdə aşkarlayaraq onları xəstəxanaya aparıb. Azyaşlıların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.

Bacı ilə qardaş Astara rayonunun Şüvi kəndində dəfn olunublar.

Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar - Rafiq Hüseynov (baba), Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.