"Belə olacağını gözləmirdim" - ​İnternetdə məşhurlaşan çoban - Video

6 Mart 2018 22:42 (UTC+04:00)

AzNews.az ARB TV-ə istinadən xəbər verir ki, Qobustanın Şıxzərli kənd sakini Əlibaba Əbilov kəndin ərzaq mağazasında mahnı oxuduqdan sonra gizlicə çəkilən videosu youtuba yerləşdirilir. Qısa zamanda video sosial şəbəkələrdə yayıldıqdan sonra qobustanlı gənc oxumağa, savadlı musiqiçi olmağa qərar verir.

Əlibaba Əbilov (musiqiçi): “Dostlarımla maqazində oturmuşduq. Bilməzdim belə məşhurlaşacam. Artıq 1 milyonu keçib”.

Hazırda Əlibaba Əbilov Qobustan rayonunda yerləşən musiqi məktəbinin muğam şöbəsində təhsil alır. Xanəndəlik sənətinin sirlərinə yiyələnir. Hədəfi isə müəllimi olan Mənsum İbrahimovun davamçısı olmaqdır.