38 yaşlı kişi bıçaqlandı

7 Mart 2018 09:00 (UTC+04:00)

APA-nın xəbərinə görə, qanlı hadisə Azadlıq prospektində, Nəsimi bazarının yaxınlığında qeydə alınıb.

Məlumata görə, paytaxt sakini, 1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlu bıçaqlanaraq 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Həkimlər ona 5 bıçaq xəsarətinin yetirildiyini müəyyən edib.

Hadisənin təfərrüatlarını Nəsimi polisi araşdırır. İlkin məlumata görə, X.Kələntərov Elmar adlı bir şəxslə mübahisə edən zaman bıçaqlanıb. Onun taksi fəaliyyəti ilə məşğul olduğu deyilir.

AzNews.az