Məmmədova bacıları mərhum atalarından danışdılar: “Yoxluğun o qədər acıdır ki...”

7 Mart 2018 11:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bacılar ataları ilə fəxr etdiklərini deyiblər:

Sənin övladlarına verdiyin tərbiyə misilsizdir. Biz övladların səninlə həmişə fəxr etmişik. Mənim ürəyi gözəl atam, hamının hörmətini qazanmışdın. Bütün el-oba qonaqpərvərliyinlə, sənətinlə, zurna və davul ifaçılığınla səni tanıyıb sevirdi. Varlığın gözəl idi, yoxluğun da o qədər acıdır ki... Yerin cənnət olsun”.

Qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədova bacılarının atası Zakir Məmmədov martın 5-də dünyasını dəyişib. Həkimlər onun infarkt keçirdiyini deyiblər.

Bahar RÜSTƏMLİ
AzNews.az