AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, iPhone-a dəfələrlə yanlış şifrə daxil edildiyindən o 48 illiyinə bağlanıb. Belə ki, təhlükəsizlik sistemi sayəsində digər insanların telefona müdaxiləsini əngəlləmək üçün yanlış şifrə daxil edildiyində telefon bağlanır. Amma bu dəfə iPhone daha uzun müddətə bağlanıb.
Şanxayda bir uşaq anasının telefonu ilə oynamağa başlayıb və şifrə yerinə dəfələrlə səhv məlumat yerləşdirib. Ana olayın fərqinə vardıqda, artıq gec olub. Qadının telefonu 25 milyon saat, yəni təxminən 48 il müdətinə bloklanıb.
