İki məktəblini maşınla vurdu - Qaçdı (Yenilənib)

7 Mart 2018 15:40 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün rayonun Yeni Qızılca kəndində iki məktəblini vuraraq avtomobillə hadisə yerindən uzaqlaşan rayon sakini, 1995-ci il təvəllüdlü Etibar Abdullayev bir müddətdən sonra qəza törətdiyi “VAZ 2107” markalı avtomobillə Göygöl rayon Polis Şöbəsində gəlib.

O. hadisəni törətdiyini etiraf edərək polisə təslim olub.

***

12:34

Göygöldə iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Kənd sakinləri - 2003-cü il təvəllüdlü Əskərov Coşqun Xəyal oğlu və həmyaşıdı Əliyev Rəvan Ramiz oğlu yolu keçən zaman avtomobil onları vurub.

Müxtəlif bədən xəsarətləri alan hər iki yeniyetmə xəstəxanaya yerləşdiirlib.

Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qəzanı törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az