“Azərbaycanda jurnalistlərin 60 faizi qadınlardır”

7 Mart 2018 13:08 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Mətbuat Şirasının sədri, deputat Əflatun Amaşov deyib. O bildirib ki, Azərbaycanda mövcud jurnalistlərin 60 faizi qadınlardır: "Biz şərqdə qadına səsvermə hüququ verən ilk ölkə olmuşuq. Qadınların intellektual müstəvidə geniş fəaliyyəti bizim tarixi kökümüzə bağlı məsələdir".

AzNews.az