“Əlaqələrinin normallaşmasını vacib hesab edirik” - Rusiya XİN

7 Mart 2018 13:59 (UTC+04:00)

APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan prezidenti tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokolun ləğvi ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, Rusiya bu razılığa daha əvvəl də münasibətini bildirib, hətta Sürixdə protokolların imzalanması mərasimində Rusiya nümayəndə heyəti də iştirak edib: “Biz əlaqələrinin normallaşmasını vacib hesab edirik. Bu, hər iki ölkənin maraqları naminədir. Biz öz tərəfimizdən bu məqsədə nail olunması üçün əlimizdən gələni etmişik”.

AzNews.az