Problemli kreditlər artıb

7 Mart 2018 16:38 (UTC+04:00)

AzNews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat və yaxud 4,25% çoxdur.

Son 1 ildə isə problemli kreditlər 62,8 mln. manat və yaxud 3,85% artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,5% təşkil edib. Bu nisbət ilin əvvəlində 13,8%, ötən il yanvarın sonunda isə 9,8% olub.