"Report"un Abşeron-Sumqayıt bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.
Belə ki, həmin qəsəbənin sakini, Laçın rayonundan olan məcburi köçkün, 2002-ci il təvəllüdlü Fərhad Qaçay oğlu Məhərrəmov, martın 6-da Od çərşənbəsi münasibəti ilə tonqal qalayarkən benzindən istifadə edib. Ehtiyatsızlıqdan alov onun üzünü yandırıb. Ağır yanıq xəsarətləri alan məktəbli dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, F.Məhərrəmov 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alıb. Vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az