Göygöldə oğurluq faktının üstü açılıb

7 Mart 2018 18:05 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, fevralın 26-da rayonun Şəhriyar kəndində yaşayış evinə qanunsuz daxil olaraq oradan oğurluq edən 1988-ci il təvəllüdlü Ellezov Söhrab Sabir oğlu saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o mənzildən bir ədəd plazma televizor və mis-alüminium məişət əşyaları oğurlayıb. Saxlanılan şəxs oğurladığı televizoru satmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb.

S. Ellezov Rusiyada eyni əmələ görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.