Məhəmməd peyğəmbər təhqir edildi-Türkiyədə

9 Mart 2013 16:06 (UTC+04:00)


Türkiyədə yaşayan erməni yazıçı, jurnalist və linqvist Sevan Nişanyan öz saytında Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən məqalə yerləşdirib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məqalə ilə bağlı Sevan Nişanyana qarşı İstanbul məhkəmədə iddia qaldırılıb. Yazıçı xalqın bir hissəsi olan dini dəyərləri təhqir etməkdə günahlandırılır.

Yaxın günlərdə Nişanyanı İstanbulun cinayət işləri üzrə məhkəməsinə çağırılacağı bildirilir. Erməni jurnalistə qarşı irəli sürülən ittiham çərçivəsində o, 9 aydan 1,5 ilə qədər azadlıq məhrum edilə bilər.