Biləsuvarda yük maşını aşdı

7 Mart 2018 21:30 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, şirkətlərdən birinə məxsus olan və yol çəkilişi üçün qum aparan "KamAZ" markalı yük maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.