Minik avtomobili yük maşın ilə toqquşdu

7 Mart 2018 21:56 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə rayonu Xəlifəli kəndi ərazisində qeydə alınıb.

İmişli sakini, 1965-cı il təvəllüdlü Təhməzov Bulud oğlunun idarə etdiyi “VAZ” markalı avtomobil Sabirabad rayon sakini, 1968-ci il təvəllüdlü Qəhrəmanov Rəsul Hacıağa oğlunun idarə etdiyi “Shacman” yük maşın ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan sürücülər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.