Bayram ərəfəsi Azərbaycana turist axını başlayıb - Video

8 Mart 2018 00:00 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, turizm mütəxəssislərinin sözlərinə görə, nəinki otellərdə, günlük kirayə verilən evlərdə də boş yer qalmayıb. Ərəb ölkələri və İrandan daha çox turistin gələcəyi proqnozlaşdırılır.

Turistlər evin internetlə təmin olunmasına və təmizliyinə xüsusi diqqət yetirirlər. Onların otellərdən çox, günlük kirayə evlərə üstünlük vermələrinin bir sıra səbəbləri də var.

Qiymətlər isə evin otaq sayına, yeni və ya köhnə tikilidə olmasına və şəhərin harasında yerləşməsinə görə dəyişir.

Turistlər evlərdə qalarkən yaşanan ən böyük problemlərdən biri onların qonşularla münasibətlərində gərginliyin yaranmasıdır. Bu da əsasən turistlərin evdə əylənmələri və səs-küy salmaları ilə bağlı olur. Ona görə də turizm şirkətləri müqavilə bağlamazdan əvvəl turistlərə xəbərdarlıq edirlər.