Avropada xanım nazirlər hicab bağlayacaq

9 Mart 2013 21:21 (UTC+04:00)



Finlandiya hökumətində nazir vəzifəsini daşıyan xanımlar üçün islam qaydalarına uyğun hicab və əbalar alınıb. Rusiya mətbuatının məlumatına görə, yeni geyimlərlə təkcə nazirlər yox, dövlət qulluğundakı digər məmurlar da təmin ediləcək. Səbəb həmin şəxslərin bəzi islam ölkələrinə səfərləri zamanı islam qaydalarına uyğun geyinməsini təmin etməkdir.

Finlandiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu addım həmin ölkələrin mədəniyyəti və adət-ənənələrinə hörmət etmək istəyindən yaranıb.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanına səfər edən finlandiyalı qadın məmurların əba geyinməsinin tələb edilməsi barədə xəbər yayılmışdı. Ancaq XİN bunu təkzib edərək belə bir tələbin olmadığını vurğulayıb.

Elnarə
AzNews.az