Bakıda tibb bacısını avtomobil vurub

8 Mart 2018 09:18 (UTC+04:00)

"Report"un xəbərinə görə, 1958-ci il təvəllüdlü Feyzullayeva Şəfiqə Balarəhim qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Ş. Feyzullayeva 3 saylı Kliniki Tibbi Mərkəzin doğum şöbəsində tibb bacısı kimi çalışır.