Zaqatalada 49 yaşlı kişi intihara cəhd edib

8 Mart 2018 09:31 (UTC+04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, müayinə zamanı 49 yaşlı Rəcəb Mahmudovun hələki bilinməyən səbəbdən intihar etmək məqsədi ilə bıçaqla özünə ağır xəsarət yetirməsi məlum olub.

Rəcəb Mahmudovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.