Ölkəmizə gələn turistlərin sayı 12,3 faiz artıb

8 Mart 2018 09:44 (UTC+04:00)

AzNews.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, ümumilikdə 2 ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 352 074 təşkil edib. Onlardan 103 245 Rusiya, 87 649 Gürcüstan, 48 657 Türkiyə, 28 111 İran, 13 064 Birləşmiş Ərəb Əmirlikləri, 71 348 nəfəri isə digər ölkələrin vətəndaşları olub.