Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

8 Mart 2018 09:56 (UTC+04:00)

Apasport saytının məlumatına görə, mərhələnin ən çox gözlənilən matçı İtaliyada oynanılacaq. “Milan” doğma azarkeşləri önündə “Arsenal”ı qəbul edəcək.

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la rəqib olmuş "Atletiko” da tura evdə start verəcək. Madrid təmsilçisi Moskva “Lokomotiv”i ilə üz-üzə gələcək.