Bitkoinin qiyməti 10 000 dollardan aşağı enib

8 Mart 2018 10:13 (UTC+04:00)

"Report" xəbər verir ki, bitkoinin bazar kapitallaşması 163 mlrd. dollara geriləyib, kapitallaşmanın məcmu bazarda xüsusi çəkisi isə 42% təşkil edib.

Bununla yanaşı, kriptovalyuta bazarının kapitallaşması 390 mlrd. dollara qədər geriləyib. Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması yanvarın 7-də 830 mlrd. dollara yüksələrək tarixi rekorda çatıb. Daha sonra sərt şəkildə yüksələn qiymətlər enməyə başlayıb və fevralın 6-da bazarın kapitallaşması 279 mlrd. dollara geriləyib.

"Report"un analitik qrupu martın 19-20-də Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək G-20 zirvəsində kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı açıqlamalar ərəfəsində geriləməyə davam edəcək. Qiymətlərin daha 10% azaldıqdan sonra bərpa olunması, il ərzində isə bazar kapitallaşmasının 1 trln. dollar səviyyəsini ötməsi gözlənilir.