Bu gün 11 ölkə razılaşma sənədi imzalayacaq

8 Mart 2018 11:24 (UTC+04:00)

"Azərtac" NHK telekanalına istinadla xəbər verir ki, dünyanın iqtisadi baxımdan ən güclü dövləti olan ABŞ yeni yaranan iqtisadi quruma qoşulmayacaq.

Çilinin paytaxtı Santyaqoda keçiriləcək imzalama mərasimindən əvvəl nazirlərin birgə bəyanatla çıxış etməsi nəzərdə tutulur.

TPP üzrə müqavilənin ən azı altı iştirakçı ölkənin parlamentləri tərəfindən təsdiqlənməsindən sonrakı 60 gün ərzində qüvvəyə minəcəyi bildirilir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa TPP-ni “ticarət üçün ciddi nümunə” adlandırıb. Digər ölkələrin də bu razılaşmaya böyük maraq göstərdiyini qeyd edən baş katib ümid etdiyini bildirib ki, razılaşma azad və ədalətli qaydalara uyğun olaraq inkişaf edəcək.