Xaçmazda iki nəfəri maşın vurub

8 Mart 2018 14:00 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzalar Xaçmaz-Quba yolunda və Müzəffəroba kəndi ərazisində qeydə alınıb.

1965-ci il təvəllüdlü Nəsirov Ədalət Qəzənfər oğlunu Xaçmaz-Quba yolunda, 1978-ci il təvəllüdlü Mais Seyidovu isə Müzəffəroba kəndi ərazisində maşın vurub. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.