Sabah Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək

8 Mart 2018 16:34 (UTC+04:00)

Müdafiə Nazirliyinin saytında yer alan məlumata görə, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 10-dək davam edəcək.