Azərtac “Ukroboronprom” dövlət konsernin mətbuat xidmətinə istinadən məlumat verir ki, hazırda T-84 tankının modernləşdirilməsi işləri aparılır. Modernləşmədən sonra tanka rəqəmsal müdafiə radiostansiyası quraşdırılacaq, elektrosistem yenilənəcək, nişangah kompleksi müasirləşdiriləcək.
T-84 tankı modernləşdiriləndən sonra istənilən hava şəraiti və sutkanın istənilən vaxtında güclü manevrlər etməyə qadir olacaq. Tankı modernləşdirildikdən sonra Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı ilə təcrübədən keçiriləcək.