Goranboyda zəncirvari qəza: yaralılar var - Yenilənib

8 Mart 2018 18:14 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy rayonunun Xoylu kənd sakinləri, 1961-ci il təvəllüdlü Lətafət Elmir qızı Həsənova və onun 8 aylıq nəvəsi Həsənli Ayxan Dəmir oğlu, avtomobilin sürücüsü Dəmir Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir.

***

17:39

Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza baş verib.

APA-nın Qərb bürosunun məlumatına görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir sürücü və bir neçə sərnişin xəsarət alıb.

Onlardan bəziləri Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az