Poroşenkonun evini mühafizə edən polis intihar etdi

8 Mart 2018 18:20 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə "Strana.ua" saytı mənbəyə istinadən məlumat yayıb.

Hadisə fevralın 23-də baş verib. S. Qalasyuk P. Poroşenkonun evi yaxınlığında mühafizə xidməti aparan zaman intihar edib.

Ukrayna KİV-ləri yazıb ki, S. Qalasyuk əvvəl də özünü öldürməyə cəhd edib, buna baxmayaraq, xidməti vəzifəsini yerinə yetirməyə davam edib.

Ukrayna hüquq-mühafizə orqanları S. Qalasyukun ölümü xəbərini təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.

AzNews.az