Qobustanda maşın aşdı - Yaralılar var

8 Mart 2018 19:44 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qobustan-Xılmilli avtomobil yolunda qeydə alınıb.

"NİVA" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə Zəngilan rayon sakinləri - 1960-cı il təvəllüdlü Babayev Zaur İsa oğlu və 1991-ci il təvəllüdlü Səfiyev Məmmədyar Damət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az