Azərbaycan millisi Ukraynaya qalib gəldi

8 Mart 2018 20:25 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, oyundan əvvəl AFFA rəhbərliyi adından 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara gül təqdim edib.

Bakı Olimpiya Stadionunda keçirilən matçda millimiz 2:0 hesabı ilə qalib gəlib.

Yığmamızın qollarını Sona Rəhimova və Birgul Çelik vurublar.

Qeyd edək ki, komandalar arasında martın 6-da keçirilmiş ilk oyunda millimiz 1:0 hesabı ilə qalib gəlmişdi.

AzNews.az