Məhkəmə keçmiş məmura 11 il iş kəsdi

8 Mart 2018 20:48 (UTC+04:00)

Trend-in məlumatına görə, neft-qaz nəhəngi Petrobras-ın rəhbəri Aldemir Bendini korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

Onun Odebrecht tikinti şirkətindən 3 milyon real (907 min dollar) rüşvət aldığı deyilir.

Bundan əvvəl Bendiniyə 25 il iş istənilib.

Qeyd edək ki, Bendini 2015-ci ilin əvvəlində kompaniyanın baş direktoru təyin olunub. Bendinidən əvvəlki direktor da korrupsiyada ittiham edilərək vəzifəsindən azad edilib. Bendini özü isə 2016-cı ilin mayında işdən azad edilib və barəsində cinayət işi qaldırılıb.

AzNews.az