22 nəfərin olduğu gəmi qəza siqnalı verdi

8 Mart 2018 21:28 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, Finlandiyanın buzqıran "Nordica" gəmisi, xilasedici vertolyotu və sahil mühafizəsinin patrul gəmisi Peterburq istiqamətində üzən yük gəmisinə yaxınlaşıblar. Mənbə bildirib ki, hadisə zamanı gəminin içində 22 nəfər olub. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Gəmi Peterburq istiqamətində, Panama bayrağı ilə üzürmüş.

AzNews.az